Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib

Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib
31 May 2017
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında sərəncam imzalayıb.
Bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, Türkiyədən olan fəhlələrin Rusiyada fəaliyyət göstərən müxtəlif türk şirkətlərində işə götürülməsi ilə bağlı tətbiq edilən məhdudiyyət ləğv olunub.
V.Putinin imzaladığı sənədə görə, Rusiyaya vizasız giriş-çıxış edə biləcək Türkiyə vətəndaşlarının siyahısı genişləndirilib.
2015-ci ilin noyabrında hava məkanına qanunsuz olaraq, keçdiyi üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarə Türkiyə ərazisində vurulmuşdu. Bundan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq, sanksiyalar tətbiq etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun