Uber-in zərəri qazancının yarısından çoxdur

Mobil cihazlar üzərində taksi xidməti təqdim edən Uber, 2016-cı il maliyyə göstəricilərini Bloomberg-ə təqdim edib.
2016-cı ildə ümumilikdə 20 milyard dollarlıq sifariş edildiyini bildirən şirkət, açıqlamasında, ötən il Çindəki itkilərinin bir qismini kompensasiya etdiyini qeyd etsə də 6,5 milyard dollarlıq xalis gəlirə qarşılıq (Çin istisna) zərəri 2,8 milyard dollar səviyyəsində olub.
75 ölkədə fəaliyyət göstərən Uber-in Çin bazarındakı rəqabətdə uduzmamaq üçün itirdiyi 1 milyard dollar da əlavə olunduqda şirkətin zərəri 3,8 milyard dollar olub.
Ötən ilin avqust ayında Çin bazarından çıxan Uber-in eyni sektorda fəaliyyət göstərən “Didi Chuxing”in 18 faiz səhmini satın alması itkilərinin kompensasiyası olaraq şərh olunur.
ÜÇ AYDA SİFARİŞLƏRDƏ 28% FAİZ ARTIM
İlk rüb balansını açıqlamaq istəməyən Uber-in 2016-nın son üç ayında aldığı sifarişlər 28% artıb. Yalnız üçüncü rübdə gəlir artımı 74 faiz olub. Həmin dövrdə itkilər də 6,1 faiz artaraq 991 milyon dollara çatıb.
2009-da yaradılan texnologiya nəhənginin məlumatlarına görə, səkkiz ildə 8 milyard dollar “buxarlanarkən”, mövcud vəziyyətdə şirkətin 7 milyard dollar kredit borcu var.
Şirkətdən “Bloomberg”ə edilən açıqlamada keçən  ilki itkilərə baxmayaraq, gəlir artmasından məmnun olduğu qeyd olunub:

“Sağlam bir böyümə trendinə malik olduğumuz üçün şanslıyıq”.

Nəqliyyat xidmətini yeni bir səviyyəyə qaldıran Uber, bir çox ölkədə “haqsız qazanc əldə edir” ittihamı ilə  taksiçilər tərəfindən etiraz edilir.

Bundan başqa keçmiş Uber mühəndisinin təyin olunduğu müdiri tərəfindən şirkətin yazışma kanalı üzərindən cinsi təcavüzə məruz qaldığını və yeganə şəxsin özü olmadığını açıqlamasının ardından şirkətin rəhbər şəxsləri haqqında cinayət işi açılmışdı.

“Alphabet”in tərkibində sürücüsüz avtomobil texnologiyaları inkişaf etdirən “Waymo” da “sürücüsüz avtomobil texnologiyasında çox böyük əhəmiyyətə malik texnologiyanı oğurlamaq” itihamı ilə Uber-i fevral ayında məhkəməyə vermişdi.