Türkmənistanda baş nazirin müavininin intihar etdiyi deyilir

Türkmənistanda baş nazirin müavininin intihar etdiyi deyilir
22 May 2017
Mətni dəyiş
Mayın 3-də ölüm xəbəri yayılan Türkmənistan Nazirlər Kabinetisədrinin müavini Batır Ereşovun özünə qəsd etdiyi məlum olub.
“Türkmənistan xronikası”nın yaydığı məlumata görə, 52 yaşlı B. Ereşov özünü asaraq intihar edib.
Baş nazirin müavininin ölkədə başlayan antikorrupsiya kampaniyası çərçivəsində açılan cinayət işlərinin birinin fiqurantı ola biləcəyi güman edilir.
B.Ereşovun oğlu aprelin sonunda həbs olunub. Bəzi məlumatlara görə, B.Ereşov Özbəkistanda dəfn edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun