Trump dini qurumların siyasi fəaliyyətinə qadağaları yumşaltdı

Trump dini qurumların siyasi fəaliyyətinə qadağaları yumşaltdı
5 May 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump kilsələrə siyasi fəaliyyəti qadağan edən hökumət ölçülərini yüngülləşdirən sərəncam imzalayıb.
Trumpın cümə axşamı imzaladığı sərəncam federal vergilər idarəsinə (IRS) dini qurumların siyasi fəaliyyətini izləmək üçün “maksimum icra səlahiyyəti” verir.
Sərəncam habelə sabiq prezident Barak Obamanın qəbul etdiyi səhiyyə islahatlarına əsasən mühafizəkar dini qurumların doğuma nəzarət kimi etiqadlarına zidd hesab etdikləri sığorta planlarına qoşulmamaq imtiyazları verir.
Ağ Evə dəvət olunmuş mühafizəkar xristianlarla əhatələnmiş ABŞ prezidenti sərəncamı Milli Dua Günündə imzalayıb.
Seçki kampaniyası dönəmində ekzit pollar evangelik xristianların 5:1 nisbətinə Trumpa üstünlük verdiklərini göstərmişdi.
Həmin vaxt Respublikaçı namizəd Trump söz vermişdi ki, o xristianların hökumətin siyasəti ilə bağlı narahatlıqlarını nəzərə alacaq.
“Bizim qurucu atalarımız etiqad azadlığına inanırdılar və o səbədən bunu Konstitutsiyamıza birinci düzəlişdə qanun olaraq həkk etmişdilər, deyə Trump Ağ Evin Qızılgül Bağında bəyan edib. “Amma uzun illər federal hökumət dövlətin gücündən etiqadlı insanlara qarşı silah kimi istifadə edib və hətta amerikalıları öz etiqadlarına uyğun yaşadıqları üçün cəzalandırıb. Ona görə də mən bu gün Amerikada etiqad və söz azadlığını müdafiə edən, istədiyimiz, uğrunda vuruşduğumuz azadlıqarı müdafiə edən sərəncama imza atıram.”
“Biz etiqadlı insanların hədəf alınmasına, susdurulmasına bir daha yol verməyəcəyik,” Trump bəyan edib. “Və biz heç zaman dini əsasda diskriminasiyayay yol verməyəcəyik. Heç vaxt.”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun