Torpağı əlindən alınan sahibkar məmurlardan prezidentə şikayət edir

Torpağı əlindən alınan sahibkar məmurlardan prezidentə şikayət edir
20 May 2017
Mətni dəyiş
Sahibkar Niyaz Niyazov ona məxsus torpaqların əlindən alındığını və buna görə ona kompensasiya ödənilmədiyini iddia edir.
Abzas.net xəbər verir ki, sahibkar bir qrup yüksək rütbəli məmurlardan prezidentə şikayət edir. Sakibkarın sözlərinə görə, yüksək vəzifəli bir neçə şəxs ona məxsus olan "Gül-Gün" sahibkarlıq müəssisəsinin müflisləşməsini və faliyyətini dayandırmasına böyük rol oynayıblar.
"Mən ailəmin 3 üzvünü artıq itirmişəm. Anamdan, atamdan, qızımdan sonra ailəmin dördüncü üzvünü də itirmək istəmirəm. İmişli Rayon İcra Başçısı Vilyam Hacıyevin, Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərovun, Göy-göl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun və s. mənim müəssisəmin fəaliyyətini dayandırmasında rolları olub" - deyə sahibkar bildirib.
Niyaz Niyazov deyir ki, Vilyam Hacıyev hələ Xanlar (indiki Göy-göl) rayon icra başçısı olanda saxta, yalan dolu məzmunla yazdığı məktubu AZAL QSC-ya göndərdikdən sonra, Azərbaycan Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərov dövlət sifarişini yerinə yetirən zaman onun sökülən obyektinə görə verilməli olan kompensasiyanı verməkdən imtina edib.
Sahibkarın sözlərinə görə, kompensasiyanın ödənilməsinə öz saxta, yalan dolu məktubu ilə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi də maneçilik törədir. İcra Başçısının müavinin imzası ilə İqtisadiyyat Nazirliyinə daha bir saxta, yalan məzmunlu məktub göndərilib.
"Bununla da, Göygöl Rayon İcra Hakimiyyəti daha bir cinayətə əl atıb", - deyə Niyaz Niyazov deyib. Sahibkar sözlərinə belə davam edib.
Sahibkar dəfələrlə prezidentə müraciət etdiyini, amma cavab gəlmədiyini deyir: "Uzun illər yazdığım məktublara prezident aparatından tamamilə cavab gəlmədiyindən belə düşündüm ki,bu şöbə mənim yazdığım şikayət məktublarını ölkə başçısına çatdırılmır".
"Düşünürəm ki, ölkəmizin başçısı cənab İlham Əliyev işin ədalətli və təcili araşdırılması ilə bağlı nəhayət öz göstərişlərini verəcək. Ailəm uzun illərdir aclıq içində yaşayır. Güman edirəm ki, cənab prezidentin sayəsində ədalət bərqərar olacaq və "Gül-Gün" sahibkar müəssisəsinin fəaliyyətə başlaması üçün obyektlərin tikilməsinə dərhal başlanılacaq", - deyə sahibkar Niyaz Niyazov bildirib.
[caption id="attachment_34981" align="alignnone" width="2048"] Torpağın qeydiyyat şəhadətnaməsi[/caption] [caption id="attachment_34983" align="alignnone" width="1000"] Torpaq vergisi ilə bağlı qəbzlər[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun