Təkbaşına aksiya keçirən AXCP üzvü saxlanılıb

Təkbaşına aksiya keçirən AXCP üzvü saxlanılıb
24 May 2017
Mətni dəyiş
AXCP fəalı Huseynov Fizuli bu gün 28 may metrosuna yaxın ərazidə siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirib.
Abzas.net-in məlumatına görə, aksiya bir neçə dəqiqə çəkib. Şahidlər bildirirlər ki, əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. F.Huseynov polislər tərəfindən həbs olunub və naməlum istiqamətə aparılıb.
Hüquq müdafiəçisi Oktay Gülalıyevin bildirdiyinə görə, o, hazırda Nəsimi rayon Polis İdarəsindədir:
"Ona qarşı hansısa uydurma cinayət işi açılacağı deyilir. Halbu ki, Fizuli bəy cinayətə yol verəcək hansısa addım atmayıb. Əksinə günahsız insanları şərləyib həbs edənlərin cinayətkar əməllərinə dinc qaydada etiraz edib".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun