Steinmeier: "Avtoritarlığa heyranlıq meyli gedərək artır"

Steinmeier: "Avtoritarlığa heyranlıq meyli gedərək artır"
1 May 2017
Mətni dəyiş
Almaniya prezidenti Frank Valter Steinmeier demokratiyanın təhlükədə olduğu xəbərdarlığını edib
Berlində “Demokratik Yaradıcılıq Yarışması” mükafatı mərasimində danışan prezident Steinmeier Almaniyada, o cümlədən qonşu və müttəfiq ölkələrdə bir çox insanın demokratiyaya arxa çevirdiyini, demokratik azadlıqların təhlükədə olduğunu söyləyib.
Gedərək qarışıq bir hal alan dünyada insanların bəsit cavablara və dost-düşmən qütbləşməsinə həsrət duyduğunu söyləyən Prezident Steinmeier, avtoritarlığa bir heyranlıq meylinin olduğunu qeyd edib.
Steinmeier “biz də uzun müddətdir çox təbii saydığımız şeyləri başdan müdafiə etmək məcburiyyətindəyik, bizim ölkəmizdə də getdikcə daha çox insan konstitusiya dəyərlərimizi, birlikdə yaşamamızı sorğulayır” deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun