Şimali Koreya yeni tipli raket buraxdığını iddia edir

Şimali Koreya yeni tipli raket buraxdığını iddia edir
15 May 2017
Mətni dəyiş
Şimali Koreya bazar günü sınaqdan çıxardığı raketin böyük nüvə başlığı daşıya bilən yeni tipli cihaz olduğunu bəyan edib.
Dik bucaq altında buraxılmış raket 2,000 km hündürlükdə 700 km məsafə qət edib və Yapon dənizinin qərbində suya enib.
Şimali Koreya bazar ertəsi onu da deyib ki, bu, "inkişaf etmiş ballistik raketin" bacarıq sınağı idi.
Cənubi Koreya hərbisi Şimalın bu iddialarını təsdiqləyə bilməyib.
Lakin bildirilib ki, Şimali Koreya raketləri qitələrarası ballistik raketlərin hazırlanmasında önəmli sayılan hərəkəti - atmosferə daxil olmaq və çıxmağı bacarır, Yonhap xəbər agentliyi məlumat yayıb.
Şimalın bu il təkrarladığı raket testlərinin hamısı - uğurlu olmayıb, amma hamısı BMT sanksiyalarının pozulmasıdır - beynəlxalq həyəcan doğurub və ABŞ ilə gərginliyi artırıb.
ABŞ və Yaponiya çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun