Sarı zolağa görə cərimlənənlərin sayı açıqlandı

Sarı zolağa görə cərimlənənlərin sayı açıqlandı
23 May 2017
Mətni dəyiş
Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib. 
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya məlumat verib. Onun sözlərinə görə, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb.
Zolaqlarla bağlı məhdudiyyət mayın 23-dən etibarən aradan qaldırılır.
Mayın 5-dən etibarən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çəkilmiş sarı zolaqda hərəkət məhdudlaşdırılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun