Səhiyyə uğurundan sonra Trump Obamacare-ın “öldüyünü” deyib

Səhiyyə uğurundan sonra Trump Obamacare-ın “öldüyünü” deyib
5 May 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump, sələfi Barack Obamanın təqdim etdiyi və Obamacare kimi tanınan ucuz tibbi siğorta layihəsini respublikaçıların dəstəyi ilə əvəzləndikdən sonra "öldüyünü" deyib.
Koqresin aşağı palatasında respublikaçı partiyasının Amerika Səhiyyə Qanunu adlı Obamacare qanununa alternativ layihə 217 deputatın lehinə və 213 deputatın əlehinə səs verməsilə qəbul olunub.
Demokratlar yeni layihənin milyonlarla amerikalını tibbi siğortadan məhrum edəcəyini deyirlər.
Qəbul edilmiş qanun layihəsi ABŞ senatında səsverməyə veriləcək. Senatdakı respublikaçılar yeni layihəni rədd edərək yeni qanun yazmaq niyyətində olduqlarına bildiriblər.
Qanun layihəsinin qəbulundan 6 həftə əvvəl respublikaçıların mühafizəkar və mötədil qanadları təqdim edilən layihəni dəstəkləməkdən imtina edirdilər.
Lakin layihəyə bir neçə dəyişiklik ediləndən sonra, Donald Trump kifayət qədər dəstək qazanıb.
Yeni qanunla tibbi siğortaların ucuzlaşacağını deyən cənab Trump, layihəni "əla plan" adlandırıb və deyib ki, Obamacare "demək olar ki, ölüb".
Yeni layihə bir çox demokratın tənqidinə səbəb olub.
Senator Bernie Sanders yeni layhənin Konqres tərəfindən qəbul edilməsindən sonra deyib ki, "səhiyyəyə artıq girişi olmadıqlarına görə minlərlə amerikalı öləcək".
Twitter-də demokratların prezidentliyə namizədi Hillary Clinton layihəni "Respublikaçıların utandırıcı siyasi və mənəvi uğursuzluğu" adlandırıb.
O, hamını "onların hərəkətilə zərər alan milyonlarla ailənin adından mübarizə" aparmağa çağırıb.
[caption id="attachment_33543" align="alignnone" width="624"] Hillary Clinton: "Bu respublikaçıların utandırıcı siyasi və mənəvi uğursuzluğudur. Onların hərəkətilə zərər alan milyonlarla ailənin adından mübarizə aparın."[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun