Səfirlik yürüşdə səslənən "Artsax" şüarına münasibət bildirib

Səfirlik yürüşdə səslənən "Artsax" şüarına münasibət bildirib
11 May 2017
Mətni dəyiş
Azərbaycanın Rusiyadakı səfirliyi dünən, mayın 9-u Moskvada "Bessmertnı polk" (Ölməz alay) hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında yazılır.
Səfirlik bildirilir ki, yürüşdə iki millət arasında gərginliyin yaradılması məqsədilə təxribat törədilib.
Məlumatda həmçinin vurğulanır ki, hadisə ilə əlaqədar səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.
Verilən məlumata görə, səfirlik insident zamanı zərərçəkmiş Azərbaycan vətəndaşları ilə əlaqə yaradaraq, onların vəziyyətini nəzarətdə saxlayır.
Xatırladaq ki, Moskvada dünən, mayın 9-u ənənəvi "Ölməz alay" adlı aksiya zamanı qarşıdurma baş verib. Aksiya zamanı Ermənistan diasporunun nümayəndələri əllərində Dağlıq Qarabağdakı qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar.
Moskva metrosunun "Belarusskaya" stansiyası yaxınlığında qarşıdurma yaranıb. Şahidlərin deməsinə görə, qarşıdurmada hər iki tərəfdən xəsarət alanlar olub.
Hüquq-mühafizə əməkdaşları "Artsax" şüarı səsləndirən insanları mühasirəyə alaraq insidentin genişlənməsinə imkan verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun