Rusiya Ermənistana yeni silahlar verəcək

Rusiya Ermənistana yeni silahlar verəcək
23 May 2017
Mətni dəyiş
Rusiya 2017-ci ildə Ermənistana yeni silahlar verəcək.
Bu “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” (KTMT) çərçivəsində həyata keçirilir.
Bu barədə mayın 22-də armenpress.am saytı məlumat yayıb.
Mənbənin yazdığına görə, bunu “Sputnik” agentliyinə Rusiya Federal hərbi-texniki əməkdaşlıq xidmətinin rəhbəri Dimitry Shugaev deyib.
Söhbət hərbi vertolyotlar, hava hücumlarından müdafiə vasitələri və zirehli texnikalardan gedir.
“Rusiya 2017-ci ildə imzalanmış müqavilələr çərçivəsində Ermənistan, Belarus və Qazaxıstana silah verilməsini davam etdirəcək.
İlk növbədə söhbət vertolyotlar, hava hücumlarından müdafiə vasitələri və zirehli texnikalardan gedir”, deyə Shugaev bildirib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” na Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi”1992-ci il mayın 15-də Rusiyanın təşəbbüsü ilə yaradılıb.
Keçmiş SSRİ ölkələrinin bir çoxu, o cümlədən də Azərbaycan həmin təşkilata qoşulmayıb.
Hazırda bu hərbi-siyasi alyansa Müstəqil Dövlətlər Birliyinin 6 ölkəsi daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun