Rusiya 20 növ Moldova şərabına qadağanı qaldırdı

Rusiya 20 növ Moldova şərabına qadağanı qaldırdı
10 May 2017
Mətni dəyiş
Rusiya Moldovanın “CRİCOVA” zavodunun buraxdığı 20 növ şərabın ölkəyə gətirilıməsinə icazə verib.
Azadlıq Radiosu-nun məlumatına görə, bu barədə “Rospotrebnadzor”-un rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Mildova 2014-cü ilin iyununda Avropa Birliyi ilə asosasiya sazişi və azad ticarət zonası barədə razılaşma imzaladı və sənədin ratifikasiyasından sonra Kişinau öz bazarlarını Avropa mallarına açdı.
Rusiya bundan sonra şərab da daxil olmaqla Moldovadan idxal edilən bir sıra məhsullara embarqo tətbiq elədi.
Onu da qeyd edək ki, hazırda Moldovaya Rusiyapərəst prezident Igor Dodon rəhbərlik edir. O, Rusiya ilə yaxın münasibətlərin tərəfdarıdır.
Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin şurası bu yaxınlarda Bişkek görüşündə Moldovaya bu qurumda müşahidəçi statusu verilməsi barədə qərar qəbul ediblər.
Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun