Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılacaq

Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılacaq
18 May 2017
Mətni dəyiş
Mayın 22-i saat 12:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə vicdan məhbusu Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılacaq.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkilin bildirdiyinə görə, məhkəmə prosesi açıq olacaq.
"Apellyasiya şikayətində Qiyas İbrahimovun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini tələb edirik", deyə E.Sadıqov bildirib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar.
Nidaçı fəallar rəsmi olaraq qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər biri 10 il azadlıqdan məhrum ediliblər.
Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu "vicdan məhbusu" elan edib.
Nida Vətəndaş Hərəkatı fəalların həbsini fəaliyyətlərinə görə və siyasi motivli həbs hesab edir.
İqtidar nümayəndələri isə onların "siyasi məhbus" olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun