"Qazaxıstan Beynəlxalq Banka qoyulan 250 milyon dolların qaytarılmasına nail olacaq"

"Qazaxıstan Beynəlxalq Banka qoyulan 250 milyon dolların qaytarılmasına nail olacaq"
24 May 2017
Mətni dəyiş
Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankına (ABB) 250 milyon dollar pensiya pulunun yatırılması faktının araşdırılmasına başlayacaq. Bu barədə çərşənbə günü Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev bildirib.
"Daxili yoxlamadan sonra materiallar hüquqi rəy verilməsi üçün müvafiq orqanlara göndəriləcək", - o qeyd edib.
D.Akişevin sözlərinə görə, ABB-nin 250 milyon dollar məbləğində borc qiymətli kağızları 2014-cü ilin oktyabrında alınıb.
Alqı haqqında qərarı Mərkəzi Bankın o zamankı rəhbəri Kayrat Kelimbetov qəbul edib.
Milli Bank neqativ nəticələrin minimallaşdırılması üçün maksimum səy göstərəcək və əmanətçilərin maraqlarının qorunması məqsədilə ABB ilə danışıqlar aparacaq. Vəziyyət barədə prezident Nazarbayevə məlumat veriləcək.
Ötən gün ABB bildirib ki, 3,3 milyard dollarlıq borcla bağlı restrukturizasiya prosesini avqustun sonunadək başa çatdırmağa ümid edir. Əsas kreditora üç variant təklif ediləcək. Birinci variant 12 il müddətinə üç mərhələdə ödənilməklə suveren borcla əvəzlənməni nəzərdə tutur.
İkinci variant 15 illik istiqrazlarla birin birə əvəzlənməsini, üçüncüsü borcun nominal üzrə ABB-nin yeni 3,5%-li 7 illik bondları ilə əvəzlənməsini nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun