"Qarabağ" yeni mövsümdən meydana ulduzlu formalarla çıxacaq

"Qarabağ" yeni mövsümdən meydana ulduzlu formalarla çıxacaq
10 May 2017
Mətni dəyiş
"Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.
Bu barədə klubun baş direktoru Emrah Çelikel məlumat verib.
E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.
Hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun