Pxenyan: MKİ Kim Jong-un həyatına sui-qəsd hazırlayır

Pxenyan: MKİ Kim Jong-un həyatına sui-qəsd hazırlayır
5 May 2017
Mətni dəyiş
ABŞ və Cənubi Koreya xəfiyyələri Şimali Koreya lıderi Kim Jong-un həyatına sui-qəsd hazırlayırlar, Şimali Koreyanın dövlət mediası bildirir.
Dövlət təhlükəsizlik nazirliyinin məlumatına əsasən bio-kimyəvi maddə ilə hücum həyata keçirməyə hazırlayan Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə Cənubi Koreya kəşfiyyat agentliyinin terrorçu qrupu ölkəyə daxil olub.
Şimali Koreya terrorçuları tapıb "amansız şəkildə" məhv edəcək, rəsmi bəyanatda deyilir.
Şimali Koreyanın KCNA agentliyi sui-qəsd üçün o cümlədən "bio-kimyəvi, radioaktiv və nanozəhərləyəci maddələrin" istifadə olunduğunu qeyd edir.
İddia edilir ki, Ali liderə qarşı hücum hərbi parad və ictimai tədbirdə baş tutmalıymış.
Hücumun nəticələsi 6 aydan 12 ayadək bilinməyəcəkdi, məlumatda deyilir.
Məlumat bölgədə gərginliyin artmasına təsadüf edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun