Prezident pensiya yaşının artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib

Prezident pensiya yaşının artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib
2 May 2017
Mətni dəyiş
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin təsdiqlənməsinə dair sərəncam verib.
Abzas.net xəbər verir ki, əlavə və dəyişikliklər 2017-ci il iyulun 1-də qüvvəyə minəcək.
Qanuna əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.
Qanunla pensiyanın baza hissəsi də ləğv edilib.
Bu qanunda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65-ə çatdırılıb. Kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun