OPEC-in son qərarı neft qiymətlərinə təsir edə bilməyib

OPEC-in son qərarı neft qiymətlərinə təsir edə bilməyib
26 May 2017
Mətni dəyiş
OPEC Nazirlər Şurasının 172-ci iclasında neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddətinin daha 9 ay uzadılmasilə bağlı razılıq əldə olunsa da, neft qiymətləri aşağı düşüb.
Cümə günü Asiya bazarında neftin qiyməti cümə axşamı baş verən 5 faizlik ucuzlaşmadan sonra daha da aşağı enib.
Brent markalı neftin bir barelinin qiyməti 51 dollardan bir azca yuxarıdır. Həftə əvvəlində isə bu rəqəm 54 dollar idi.
Vyanada baş tutan iclasda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilin birinci rübünədək uzadılması barədə qərar verilib.
Bu qərara Azərbaycan da qoşulub. Qərara baxmayaraq cümə axşamından başlayaraq brent markalı neftin qiyməti düşməyə başlayıb.
"Kifayət deyil"
ETX Capital-da təhlilçi kimi fəaliyyət göstyərən Neil Wilson deyir ki, genişlənməyə baxmayaraq qiymətin düşməsi son vaxtlar neft üçün olan rallinin "qumlu əsaslar və OPEC-in daha çox və surətli hasilatı azaldacağına olan ümidlər" üzərində qurulması ilə əlaqəlidir.
"Neft hasilatının azaldılmasının 9 aylıq uzadılması neftin qiymətini artırmağa kifayət deyil, necə ki indi biz görürük ki, ABŞ şisti boşluğu doldurur. Nə lazımdırsa edəcəklərini deyən OPEC indi bir az dişsiz görünür", o deyib.
Rusiya başda olmaqla OPEC-ə daxil olmayan neft istehsalçıları da 2018-ci ilin martınadək doqquz ay ərzində hasilatın azaldılmasına razılıq veriblər.
OPEC-ə üzv olan və olmayan ölkələr üçün neft istehsalı gündə təxminən 1.8 milyon barel həcmində razılaşdırılıb.
Lakin Michael Hewson deyir ki, bazarlar bu qərara görə sevinmirlər, çünki daha çox azaldılma gözlənilirdi.
Qərarlaşdırılan günə 1,8 milyon barel azaldılma dünya neft hasilatının təxminən 2 faizinə ekvivalentdir.
"Məyusedici" yoxsa "Optimal"
Bəzi təhlilçilər qərarı investorlar üçün "məyusedici" adlandırıb.
Lakin Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, OPEC-in qərarı "optimal" nəticə idi.
O, həmçinin bildirib ki, möhlət qlobal neft qiymətlərinin uyğunlaşmasına kömək etməlidir.
Azərbaycan Energetika naziri Natiq Əliyev deyib ki, Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi gözlənilir.
O, Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsinin "ölkənin maraqlarına tam uyğun" olduğunu qeyd edib.
" Azərbaycan bu sazişin gələn ilin sonuna kimi davam etdirilməsində də heç bir problem görmür", nazir deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun