OPEC-in gəlirləri 12 illik minimuma enib

OPEC-in gəlirləri 12 illik minimuma enib
16 May 2017
Mətni dəyiş
OPEC təşkilatının üzvü olan ölkələrin neft ixracından əldə etdiyi gəlirlər son 12 ilin minimal səviyyəsinə enib. 
ABŞ Energetika Nazirliyinin (EIA) hesabatına istinadən bildirilir ki, 2016-cı ilin yekunlarına görə, OPEC-in ixrac gəlirləri 433 mlrd. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin analoji göstəricisindən 15% azdır.
2016-cı ilin göstəricisində İranın gəlirləri də nəzərə alınıb. Nazirlik bildirib ki, OPEC-in 2016-cı il ixrac gəlirlərinin 133 mlrd. dollarlıq və ya 30,7%-lik hissəsi Səudiyyə Ərəbistanının payına düşüb.
EIA-nın proqnozlarına əsasən, 2017-ci ildə OPEC-in ixrac gəlirlərinin 539 mlrd. dollar, 2018-ci ildə isə 595 mlrd. dollar olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun