Ombudsman aparatının işçiləri Mehman Hüseynovla görüşüb

Ombudsman aparatının işçiləri Mehman Hüseynovla görüşüb
18 May 2017
Mətni dəyiş
14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkən ombudsman aparatının əməkdaşları məhbuslarla, o cümlədən bloqqer Mehman Hüseynovla məxfi şəraitdə görüşüblər.
Ombudsmanın mətbuat xidmətinin məlumatına görə, məhbusların müraciətləri dinlənilib və yerlərə baxış keçirilib. Bir sıra məsələlər həll olunub.
Elə həmin məlumata görə, məhbusların heyət tərəfindən davranışla bağlı şikayətləri olmayıb, onlara hüquqi məsləhətlər verilib, maarifləndirici söhbətlər aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun