Neft ehtiyatlarının tükənməsi Rusiyanın iqtisadi təhlükəsizliyini risk altına alır

Neft ehtiyatlarının tükənməsi Rusiyanın iqtisadi təhlükəsizliyini risk altına alır
15 May 2017
Mətni dəyiş
Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyası prezident Vladimir Putin tərəfindən təsdiq edilib.
Sənəddə əsas risk faktorları kimi xammal ixracı əsasında qurulan inkişaf modeli və neft-qaz ehtiyatlarının tükənməsi göstərilib.
İqtisadi təhlükəsizliyə əsas təhdidlər arasında "iqtisadi inkişafın xammal ixracı modelinin tükənməsi, iqtisadi artımda ənənəvi amillərin rolunun kəskin zəifləməsi" və "dünya iqtisadiyyatının qlobal liderləri arasında Rusiyanın qeyri-xammal şirkətlərinin olmaması" qeyd olunub.
Həmçinin, bildirilib ki, dünya əmtəə və maliyyə bazarlarında qeyri-sabit vəziyyət, yanacaq istehsalı üçün istifadə edilən mineral ehtiyatların və mövcud yataqların tədricən tükənməsinə şərait yaradıb.
Strategiya müəllifləri, işçi qüvvənin qıtlığını, varlılarla yoxsullar arasında fərq artımını və ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyaları da iqtisadi təhlükəsizliyə əsas təhdidlər cərgəsinə aid ediblər.
Sənəddə qeyd olunur ki, Rusiya, digər ölkələrin sanksiyalarına məruz qaldığı halda, həmin ölkələrə qarşı cavab sanksiyaların tətbiq edilməsi mexanizmini təkmilləşdirməlidir və eləcə də əmək miqrantları axınını tənzimləməlidir.
Strategiyanın yerinə yetirilməsinə hökümət nəzarət edərək görülən tədbirlər barədə prezidentə illik hesabat hazırlayacaq.
Strategiyanın işlənib hazırlanmasına 3 ay vaxt ayrılıb.
Rusiyada ilk iqtisadi təhlükəsizlik strategiyası 1998-cı ildə qəbul olunub.
Yeni strategiyanın hazırlanmasına göstəriş verilməsi barədə qərar 2015-ci ildə qəbul olunmuşdu.
Bundan əvvəl Vladimir Putin bildirmişdi ki, yeni strategiya Rusiyaya 2020-ci ildə dünya səviyyəsini üstələyən iqtisadi artım sürətini təmin etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun