Mehman Hüseynov Ali Məhkəməyə müraciət edib

Mehman Hüseynov Ali Məhkəməyə müraciət edib
15 May 2017
Mətni dəyiş
Həbsdə olan Bloger Mehman Hüseynovun barəsində çıxarılan məhkəmə qərarından kassasiya şikayəti verilib. Bu barədə Abzas.net-ə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə Mehman Huseynov CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı xüsusi ittiham qaydasında cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.
"Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi və Mehman Huseynov barəsində CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
Bundan əlavə Mehman Hüseynovun Birləşmiş Krallıqdan olan vəkilləri ilə birlikdə Mehman Hüseynovun ölkədaxili müdafiə vasitəsi tükəndirilmiş işlər üzrə şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır".
Mehman Huseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətimiz təmin olunmayıb və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun