Makkeyn: Putin bizim üçün ən böyük sınaqdır

Makkeyn: Putin bizim üçün ən böyük sınaqdır
30 May 2017
Mətni dəyiş
ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn deyib ki, onun fikrincə, 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərmiş Rusiya hökumətinə rəhbərlik edən prezident Putin Birləşmiş Ştatlar üçün İŞİD-dan daha böyük sınaqdır.
Senator "İŞİD-in törətdiklərini dəhşətli" adlandırıb və bölgədə baş verənlərlə bağlı narahatlığını ifadə edib.
"Amma demokratiyanın ən ümdə əsasları-Amerika seçkilərinin nəticələrinin dəyişdirilməsinə cəhd edən ruslar olub", Makkeyn Avstraliyaya səfəri zamanı verdiyi müsahibədə deyib.
[caption id="" align="alignnone" width="650"]Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn[/caption]
​Makkeyn Rusiya hökumətinin Amerika seçkilərinin "nəticələrinin dəyişdirilməsinə" səy göstərdiyini bildirərək, Moskvanın Fransa seçkilərinə müdaxilə etdiyini də qeyd edib.
"Buna görə də mən Putini... mən rusları bizim üçün ən böyük sınaq hesab edirəm", senator Makkeyn bildirib.
Senatın Silahlı Qüvvələr komitəsinin sədri olan Makkeyn eyni zamanda, ABŞ administrasiyasını Rusiyanın müdaxiləsinə kifayət qədər reaksiya göstərmədiyinə görə tənqid edib.
"Biz seçkilərdən başlayaraq Vladimir Putinin bizim seçkilərin nəticələrini dəyişdirmək cəhdinə cavab vermək üçün heç bir şey etməmişik", o bildirib.
Makkeyn Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqat və prezident Trampın kürəkəni Cared Kuşnerin Rusiya rəsmilərilə gizli kommunikasiya xəttinin yaradılmasını təklif etdiyinə dair mediada verilən xəbərlərə də reaksiya verib. O, xəbərlərdə bildirildiyi kimi, Ağ Evin baş müşaviri olan Kuşnerin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla dekabr ayında görüş zamanı belə təkliflə çıxış etməsinə mənfi münasibət göstərdiyini deyib.
Makkeyn bildirib ki, administrasiyada bəzi rəsmilər bunun standart prosedur olduğunu desə də, o belə düşünmür.
"Mən hesab etmirəm ki, bu, Birləşmiş Ştatlar prezidentinin inaqurasiyasından əvvəl hələ vəzifəyə təyin olunmayan kimsə tərəfindən adi bir prosedurdur", Makkeyn bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun