İslam oyunları ilə əlaqədar əsas prospektlərdə nəqliyyatın hərəkəti dayandırılacaq

İslam oyunları ilə əlaqədar əsas prospektlərdə nəqliyyatın hərəkəti dayandırılacaq
8 May 2017
Mətni dəyiş
Bakı Nəqliyyat Agentliyi və paytaxt polisi  İslamiadanın açılışı və bağlanışı günlərində -  mayın 12-22-də nəqliyyatın hərəkət qaydalarını açıqlayıb.
Tədbirlər Bakı  Olimpiya Stadionunda keçiriləcək.
Mayın 12 və 22-də gündüz “Excelsior” otelindən Sabunçu qəsəbəsinə kimi Heydər Əliyev prospektində hərəkət tam dayandırılacaq.
Həmçinin “Neftçilər” prospektində - “Azneft” meydanından Yusif Səfərov küçəsinə kimi nəqliyyatın hərəkəti dayandırılacaq.
Tamaşaçılar stadiona metro və ekspress-avtobuslarla gedə biləcəklər.
Açılış günü saat 18.00-dan 21.00-dək və bağlanış günü saat 17.00-dan 20.00-dək avtobuslar “20 yanvar”, “Gənclik” və Qara Qarayev metro stansiyalarından  yola düşəcək. Mərasim başa çatdıqdan sonra tamaşaçılar həmin marşrutlarla yaxınlıqdakı “Koroğlu” metro stansiyasına gedə bilər. Stansiyada qatarlar iki dəqiqəlik intervalla hərəkət edəcək.
Tamaşaçılar üçün stadiona gedən avtobuslar və metro pulsuz olacaq.
Taksinin stadiona yaxınlaşmasına icazə verilməyəcək. Həmçinin şəxsi avtomobillərin stadionun yaxınlığında dayanmasına icazə verilməyəcək.
Heydər Əliyev və “Neftçilər” prospektlərinin bağlanması ilə əlaqədar saat 17:00-dan 1 və 13 saylı avtobuslar öz fəaliyyətini dayandıracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun