''İşıq məhbusları''nın həbs müddətləri daha bir ay uzadılıb

''İşıq məhbusları''nın həbs müddətləri daha bir ay uzadılıb
11 May 2017
Mətni dəyiş
Mayın 11-də Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun qərarı ilə Cəbrayıl rayonundan olan işıq məhbuslarının həbs müddətləri daha bir ay müddətinə uzadılıb.
Bu haqda Abzas.net-ə vəkil Elçin Sadıqov məlumat verib.
E.Sadıqov qərarı qanunsuz hesab etdiklərini, qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
2016-cı il dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun