İSB-nin gəlirləri proqnozdan 418 min manat çox olub

İSB-nin gəlirləri proqnozdan 418 min manat çox olub
8 May 2017
Mətni dəyiş
İcbari Sığorta Bürosunun (İSB) 2016-cı il üçün büdcəsində 8,884 mln. manatlıq gəlir proqnozuna qarşı faktiki daxilolmalar 9,302 mln. manat təşkil edib.
İSB-nin audit hesabatında bildirilir ki, gəlir üzrə proqnoz nəzərdə tutulandan 418 min manat çox olub.
2016-cı ildə iştirakçı sığortaçıların reyestrə daxil edilməsi ilə əlaqədar 200 min manat iştirak haqqı və 1 mln. manat təminat depoziti daxil olub. Ötən il ərzində iştirakçı sığortaçıların müəyyən edilmiş qaydada İSB-yə ödədiyi təqvim haqlarının ümumi məbləği 6 mln. 692,866 min manat təşkil edib.
Büronun banklarda yerləşən depozit hesablarından 1 mln. 336,042 min manat məbləğində faiz gəliri daxil olub. "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İSB tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaiti 30 min manat təşkil edib. İtirilmiş, korlanmış və İSB-yə qaytarılmayan blanklara görə daxilolmalar 32,200 min manat və Büronun subroqasiya hüququnun həyata keçirilməsi nəticəsində daxilolmalar 10,891 min manat olub.
Büronun 2016-cı il üçün büdcəsində xərclər 6 mln. 49,040 min manatlıq xərc proqnozuna qarşı faktiki xərclər 5 mln. 218,492 min manat təşkil edib, bu da büdcədə nəzərdə tutulandan 830,548 min manat, yəni 14% az olub. Xərclər İSB-nin 2016-cı il üçün təsdiq olunmuş büdcəsində nəzərdə tutulan istiqamətlərə sərf olunub. 01.01.2016-cı il tarixinə investisiya portfeli 29 mln. 465,596 min manat təşkil edib. İnvestisiya olunan vəsaitlərin ümumi həcmi 2016-cı il ərzində 6 mln. 86,024 min manat (21%) artaraq 31.12.2016-cı il tarixinə 35 mln. 551,620 min manat olub. Risklərin azaldılması məqsədilə sərbəst vəsaitlər manat, avro və ABŞ dollarında investisiya olunub.
31.12.2016-cı il tarixinə Büronun cari valyuta hesablarında 1 mln. 578,598 min manat ekvivalentində vəsait mövcud olub. Büronun avro hesabında 112,120 min avro və ABŞ dolları hesabında 773,458 min dollar məbləğində vəsait mövcud olub.
Audit "PricewaterhouseCoopers Audit Azerbaijan" MMC tərəfindən aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun