İraq və Suriyada İŞİD-in 3 lideri öldürülüb

ABŞ ordusunun bildirdyinə görə, keçən ay ərində ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İslam Dövləti qrupunun 3 liderini öldürüb.
Türkiyədən xarici əməliyyatlar vasitəçisi Mustafa Günəş aprelin 27-də Suriyanın Mayadin şəhərində qətlə yetirilib. O, qrupun Qərbə qarşı hücumlarının maliyyə işlərini görürdü.
Əlcəzair əsilli Fransa vətəndaşı Əbu Asim Əl-Cəzayeri mayın 11-də, İŞİD-in rəsmisi Əbu Xəttab Əl-Ravi isə mayın 18-də İraqda öldürülüb.
ABŞ-ın Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, Əl-Ravi Ənbar vilayətində İŞİD-in liderlərinə birbaşa dəstək göstərir, dron əməliyyatlarına rəhbərlik edirdi.
Bundan əlavə komandanlıq Suriyanın şimal bölgəsində bir ABŞ əsgərinin öldüyünü bəyan edib.
Ameriak rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, həmin əsgər qeyri-döyüş missiyası zamanı həlak olub. Onun mindiyi maşının çönməsinin səbəbləri aydın deyil.
MƏNBƏVOA
Əvvəlki məqaləGözəl Bayramlı həbs edildi
Növbəti məqalədəZbiqnev Bzejinski vəfat edib