İraq: "Mosulun alınmasına bir neçə gün var"

İraq: "Mosulun alınmasına bir neçə gün var"
12 May 2017
Mətni dəyiş
İraq ordusunda xidmət edən general-leytenant Othman Ganimi, Mosul əməliyyatının bir neçə gün içində tamamlanacağını söyləyib. Abzas.net xəbər verir ki, general-leytenant Othman İraq mətbuatına verdiyi açıqlamada, Ramazan ayından əvvəl Mosulun boşaldılacağını ifadə edərək, "Hərbi qüvvələr bölgədə çox böyük və təsirli güc sərf edirlər. Allahın izni ilə İŞİD bir neçə güc içində bitiriləcək", - deyə bildirib. Qeyd edək ki, İŞİD İraqın ən böyük ikinci şəhəri Mosulu 2014-ci ildə ələ keçirib. İraq ordusu ABŞ liderliyindəki koalisiya qüvvələrinin dəstəyi Mosulu geri almaq üçün oktyabr ayında əməliyyat başladıb. Hərbi qüvvələr yanvar ayında şəhərin şərq hissəsinin yarısını ələ keçirib, sonra isə şəhərin qərbinə hücum edib. 450 min insanın yaşadığı şəhər şimal və cənub bölgələrindən mühasirəyə alınmış vəziyyətdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun