İranda güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb

İranda güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb
14 May 2017
Mətni dəyiş
İran-Türkmənistan sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla 22.31-də (Bakı vaxtı ilə 22.01-də) qeydə alınıb.
Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb.
Yeraltı təkanlar nəticəsində elektrik enerjisi, su və qazın verilişində problemlər yaranıb, rabitə əlaqəsi pozulub. Hadisə yerində həkim və xilasedici briqadalar çalışırlar.
Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb.
Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi  olan Bocnurd şəhərində bir neçə bina uçub. Bölgənin bir neçə yaşayış məntəqəsində də evlərin uçduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun