Həbsxanada vəfat edən siyasi fəal üçün anım tədbiri keçirilib [video]

Həbsxanada vəfat edən siyasi fəal üçün anım tədbiri keçirilib [video]
14 May 2017
Mətni dəyiş
Mayın 13-də 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə vəfat edən siyasi fəal Mehman Qələndərovun anım tədbiri keçirilib.
Bakıda mərasim evlərindən birində təşkil olunan məclisə vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyaların təmsilçiləri və ziyalılar  qatılıblar.
Tədbirin əsas təşkilatçılarından olan hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Mehman Qələndərovun ölüm faktının hakimiyyət tərəfindən ört-basdır edilməsinə imkan verilməməsində demokratik ictimaiyyətin böyük rolu olub. Onun müəmmalı ölümünün araşdırılması da ictimaiyyət nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən aparılacaq və günahkarların cəzalandırılması üçün bütün imkanlar səfərbər olunacaq.
Oqtay bəy bu istiqamətdə KİV-lərin və vətəndaş cəmiyyəti fəallarının da önəmli iş apardığını qeyd edib. O deyib ki, “məhz bu fəallıq sayəsində məsələni təkcə ölkədə deyil,  bütün dünyada ictimailəşdirə bildik.”
Hüquq müdafiəçisi ABŞ Dövlət Departamenti və digər beynəlxalq təşkilatlar tərəfindən M.Qələndərovun ölüm işinin araşdırılmasına çağıran xüsusi bəyanatların da əhəmiyyətini xüsusi vurğulayıb.
“Mehman siyasi məhbus idi, çünki onun həbsinə vicdan məhbusları Bayram Məmmədov və Qiyas İbrahimovla həmrəyliyi səbəb olmuşdu” – deyə Gülalıyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun