Fransada prezident seçkilərində Macron qalib gəlib

Fransada prezident seçkilərində Macron qalib gəlib
8 May 2017
Mətni dəyiş
Fransa prezident seçkilərində mərkəzçi Emmanuel Macron ifrat sağçı Marine Le Pen-i böyük fərqlə məğlub edib.
Nəticələrə əsasən 39 yaşlı cənab Macron səslərin 66.06 faizini toplayaraq 33.94 faiz qazanmış Marine Le Pen-i məğlub edib və Fransanın ən gənc prezidenti olub.
O, 1958-ci ildə yaranmış müasir respublikanın ənənəvi siyasi partiyalarının namizədi olmayan ilk prezidentidir.
Cənab Macron Fransanın tarixində "Ümid və yenilənmiş inamın səhifəsi" olmaq istədiyini deyib.
Fransanın daxilində mövcüd olan "bölücü qüvvələrə" qarşı mübarizə aparmağı vəd edən cənab Macron, Fransanın birliyini təmin etməyə və Avropanı müdafiə etməyə öz "qarantiyasını" verib.
Öz çıxışında, məğlub edilmiş xanım Le Pen ona səs vermiş 11 milyon insana təşəkkür edərək, seçkinin ölkədəki "qlobalistlər və patriotlar" arasında olan bölünməni göstərdiyini deyib.
Məğlubiyyətini qəbul edən ifrat sağçı lider onun rəhbərlik etdiyi Milli Cəbhə partiyasında "dərin dəyişikliklər" başlayacağını və növbəti parlament seçkilərinə hazırlaşacağını bəyan edib.
O, cənab Macron-a üzləşdiyi "nəhəng problemləri" həll etməkdə uğurlar arzulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun