FETÖ ittihamı ilə həbs edilən cəbhəçinin zərərçəkəni axtarışdaymış

FETÖ ittihamı ilə həbs edilən cəbhəçinin zərərçəkəni axtarışdaymış
11 May 2017
Mətni dəyiş
AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev zərərçəkmişlərə sual verib.
O, zərərçəkmiş Məhəmməd Quliyevin bundan başqa işlərdə zərərçəkən və yaxud hal şahidi olub olmamasını soruşub. M. Quliyev heç zaman şahid və zərərçəkən olmadığını bu iş üzrə də telefon vasitəsi ilə istintaqa çağırıldığını deyib.
Ə. Mustafayev məhkəməyə sənəd təqdim edib. Bildirib ki, M. Quliyevin dələduzluq əməlinə görə 2015-ci ildən axtarışdadır. "İki ildir M. Quliyev Bakı şəhər Baş Polis İdarəsinin axtarışındadır. Buna görə də polislərin təsiri ilə belə ifadə verib. Bu adam qorxu keçirməyib. 2015-ci ildən axtarışda olan adam 2016-cı ildə necə şəxsiyyət vəsiqəsi alır? Hazırda Bakı şəhər Baş Polis İdarəsinin saytından onun axtarışda olması barədə məlumatı və şəkili var".
Ə. Mustafayev prosesdə vəsatətlə çıxış edərək onun adı zərərçəkmişlərin statusuna xitam verilməli və onun dindirmə protokolları işdən çıxarılmalıdır. Prokuror isə bunun ona adiyyatı olmadığını deyib. M. Quliyev isə deyib ki, barəsində olan cinayət işinə görə, polis idarəsində izahat verib, lakin axtarışda deyil.
Digər zərərçəkmiş şəxs Samir Xəlilov da vəsatətin təmin olunmasını istəyib. Vəsatətə münasibət bildirən hakimlər kollegiyası Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndəriləcəyini deyib.
Zərərçəkmiş Samir Xəlilov çıxış edərək bildirib ki, heç bir zərər çəkməyib: "Mən məhkəməyə teleqram da vurmuşam. zərərçəkmiş kimi tanınmaq istəmirəm. Fuad Əhmədlini tanımıram. Şikayətim yoxdu".
Daha sonra prosesdə F. Əhmədli də ifadə verib. O, bildirib ki, ittihamların heç birin qəbul etmir və heç bir qaydaları pozmayıb.
Proses mayın 23-də davam edəcək.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun