Faiq Əmirlinin məhkəməsi başlayır

Faiq Əmirlinin məhkəməsi başlayır
17 May 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Bu barədə "Report"a vəkil Aqil Layicov məlumat verib.
Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsində keçiriləcək iclas mayın 19-na təyin edilib.
İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.
Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb – Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
Azərbaycan Xalq Cəbhəsi Partiyası F. Əmirlinin həbsini siyasi sifariş sayır. F. Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun