Ermənistan parlamentinə yeni sədr seçilib

Ermənistan parlamentinə yeni sədr seçilib
18 May 2017
Mətni dəyiş
Ara Babloyan Ermənistan parlamentinin sədri seçilib.
O, prezident Serzh Sarkisianın hakim “Respublika” partiyasını təmsil edir.
Azadlıq Radiosu-nun məlumatına görə, mayın 18-də keçirilən gizli səsvermədə 88 deputat onun namizədliyinin lehinə, 12-si isə əleyhinə səs verib.
“ELK” blokunun namizədi Edmon Marukyan isə 12 səs yığa bilib, yəni 88 deputat onun əleyhinə səs verib.
Hakim partiyanın namizədini onunla koalisiyaya girən “Daşnaksutyun” partiyası dəstəkləyib.
Bu iki partiyanın parlamentdə 65 mandatı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun