Elgiz Qəhrəmanın həbsdə hazırladığı testlər kitabı çapdan çıxdı

Elgiz Qəhrəmanın həbsdə hazırladığı testlər kitabı çapdan çıxdı
18 May 2017
Mətni dəyiş
Həbsdə olan nidaçı siyasi məhbus Elgiz Qəhrəman həbsxanada məntiq testləri toplusu hazırlayıb.
Abzas.net xəbər verir ki, bu barədə nidaçı Samir Əsədli məlumat verib.
Kitabın adı "3.14 - π"-dir. Topluda kitabında 314 məntiq testi yer alıb. Kitabın ön sözünü jurnalist-publisist Şahvələd Çobanoğlu yazıb.
Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.
Siyasi məhbus bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddətdə vəkili yanına buraxılmayıb.
E.Qəhrəman yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Fəalın həm özü, həm də üzvü olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivli olduğunu bildirib.
Beynəlxalq Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun