DTX MTN agentləri barədə yayılmış məlumatlarla bağlı araşdırmalara başlayıb

DTX MTN agentləri barədə yayılmış məlumatlarla bağlı araşdırmalara başlayıb
15 May 2017
Mətni dəyiş
Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb.
Abzas.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.
DTX-nın məlumatına görə, fakt üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.
Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun