Dillər Universitetinin tələbələri etiraz edir - geniş reportaj [Foto-video]

Dillər Universitetinin tələbələri etiraz edir - geniş reportaj [Foto-video]
30 May 2017
Mətni dəyiş
Azərbaycan Dillər Universitetinin tələbələri universitet rəhbərliyinə etiraz olaraq  aksiya keçiriblər. Aksiyada əsas tələb yeni qəbul edilən qaydaların ləğv edilməsidir. 
Abzaz.net xəbər verir ki, universitetin yuxarı kurs tələbələri rəhbərliyə etiraz ediblər. Öncə tələbələr təhsil ocağının qarşısında toplaşıb şüarlar səsləndiriblər. Tələbələrin etirazı əvvəl olmayan dövlət imtahanının keçirməsi istəyinədir.
Onlar bildirirlər ki, dövlət imtahanı əvvəlki rektor Səməd Seyidov tərəfindən ləğv edilmişdi və onlar universitetə qəbul olanda imzaladıqları müqavilədə belə bir tələb olmayıb:
“Bizə 4 il ərzində dövlət imtahanı verəcəyimizlə bağlı məlumat verən olmayıb. Ən əsası, Təhsil Nazirliyi və Elmi Şuranın əmri ilə qəbul olunduğu deyilən bu qərarın bu il qəbul olunmasını əsassız hesab edirik. Biz buna etiraz edirik. Tələbələr adından qərarın ləğvi barədə yenidən düşünülməsini və ən azından bu ilin tələbələrinə güzəşt olmasını tələb edirik!”
Universitetin həyətində etirazlara cavab olaraq rəhbərlik tələbələri akt zalına toplaşmağa çağırıb. Bundan sonra tələbələr rektorun gəlməyini tələb ediblər.
Müəllimlər isə bildirirlər ki, bu qərarı özbaşına qəbul etməyiblər, hər bir universitetin qayda-qanunu var. Onlar imtahan qərarını havadan verməyib, rəhbərlik belə tapşırıq verib.
Tələbələrin etirazına baxmayaraq rektor onların qarşısına çıxmayıb. Əvəzində Təhsil Nazirliyindən gələn bir neçə nümayəndə tələbələrə cavab vermək üçün mikrofon qarşısına keçiblər.
Nazir müavini Ceyhun Bayramov tələbərə bildirib ki, bu qərar ötən ilin yayında qəbul olunub və tələbələrin yüksək nəticələr əldə etməsi, güclü mütəxəssis olmaları üçün atılmış addımdır.
Bu zaman tələbələrdən biri etiraz edib ki, onda belə çıxır 2008-ci ildən məzun olan tələbələr ciddi mütəxəssis olmayıb?
Nazir müavini tələbələrə bildirib ki, sabah yenidən elmi şura və nazirliyin rəsmiləri toplantı keçirəcək. Bundan sonra yekun qərarla bağlı onları məlumatlandıracaqlar. Ceyhun Bayramov deyib ki, qərarları həm tələbələri, həm də universitet rəhbərliyini qane edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun