David McAllister: "Demokratiya, insan hüquqları kimi dəyərlərimizi qorumalıyıq"

David McAllister: "Demokratiya, insan hüquqları kimi dəyərlərimizi qorumalıyıq"
18 May 2017
Mətni dəyiş
“Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyindən (AB) ötrü böyük əhəmiyyət kəsb edir”.
Avropa Parlamentinin (AP) Xarici İşlər Komitəsinin mayın 22-də Bakıya gələcək nümayəndə heyətinin rəhbəri David MakAllister (David McAllister) səfər öncəsi açıqlamasında belə deyib.
Azadlıq Radiosu xəbər verir ki, onlar Cənubi Qafqaz regionuna səfər çərçivəsində mayın 22-də Azərbaycanda olacaqlar.
David MakAllister vurğulayıb ki, həmkarları ilə birgə Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyirlər.
“Bu region Avropa Birliyindən ötrü böyük əhəmiyyət kəsb edib, "Şərq tərəfdaşlığı" siyasətimizin əsas tərəfidir. Əsasən, sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var”, deyən AP rəsmisi insan haqları məsələsinin də əsas diqqət mərkəzində olduğunu vurğulayıb.
“Xüsusilə, demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq. Çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq", o, bildirib.
David MakAllisterin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Azərbaycanda olacaq.
Nümayəndə heyətinin səfər proqramına prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun