Bu il 220 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb

Bu il 220 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb
16 May 2017
Mətni dəyiş
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 142 qida zəhərlənməsi baş verib ki, nəticədə 220 nəfər zərər çəkib, 3 nəfər ölüb.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, yanvar-mart ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.
Təkcə bu ilin aprel ayı ərzində 39 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 58 nəfər zərər çəkib.
Apreldə 2 botulizm hadisəsi baş verib ki, bundan da 5 nəfər zəhərlənib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun