Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
7 May 2017
Mətni dəyiş
Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Abzas.net xəbər verir ki, seçkilərin birinci turu aprelin 23-də baş tutub.
Seçkilərin ikinci turuna çıxmış namizədlərin hər ikisi istablişmentdən kənar olsalar da, siyasi baxışlarında kəskin fərqlər mövcuddur.
Emmanuel Macron azad beynəlxalq ticarət və Avropa Birliyi uğrunda çıxış edir, Marin le Pen isə qloballaşma əleyhinədir və Fransanın Avropa İttifaqından çıxması məsələsilə bağlı referendum keçirmək istəyir.
Seçkilərinin ilk turunda 23,75 faiz səslə mərkəzçi Emmanuel Macron qalib gəlib, ifrat sağçı Marin Le Pen isə səslərin 21,53 faizini qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun