BMT Yəməndə "humanitar tənəzzül" barədə xəbərdarlıq edib

BMT Yəməndə "humanitar tənəzzül" barədə xəbərdarlıq edib
31 May 2017
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatının aparıcı humanitar koordinatoru bildirib ki, Yəmən "ümumi sosial, iqtisadi və institusional tənəzzül" ilə üzləşir.
Stephen O'Brien bu barədə birbaşa BMT Təhlükəsizlik Şurasına məlumat verib və deyib ki, "təcili tədbirlər görülməlidir".
Yəmən humanitar böhranın qızğın çağındadır. Burada demək olar ki, aclıq həddində yeddi milyon əhali var.
Ölkədə tüğyan edən vəba epidemiyası artıq 500 nəfərin ölümünə səbəb olub. BMT növbəti altı ayda 150 min nəfərin bu xəstəliyə tutulacağını ehtimal edir.
Mr O'Brien deyir ki, yəmənlilərin əzabları təsadüfi və ya "nəzarətimizdən kənar qüvvələrin nəticəsi" deyil. Bu, əksinə, "dünya dövlətləri tərəfindən fəaliyyətsizliyin" günahıdır.
"Yəmən xalqı məhrumiyyətlər, xəstəlik və ölümə məruz qalırlar, dünya isə izləyir," o bildirib.
O deyib ki, "səxavətli öhdəliklərə" baxmayaraq, lazım olan 2,1 milyard dollar humanitar yardımın yalnız 24 faizi toplanıb.
[caption id="" align="alignnone" width="976"]Pro-government fighter army troops walk in a position they retook from Houthi fighters near the Republican Palace in the northwestern city of Taiz İqtidaryönlü qüvvələr, 29 may, Taiz şəhəri yaxınlığı[/caption]
Ötən iki il ərzində ölkə Səudiyyənin başçılıq koalisiya tərəfindən dəstəklənən, beynəlxalq səviyyədə tanınan prezidentə loyal qüvvələr ilə şiə husi üsyançıları arasında mübarizə meydanına çevrilib.
Bu arada əl-Qaidə ölkənin cənub və cənub-şərqində öz iştirakını möhkəmləndirmək üçün xaosdan istifadə edib.
BMT 2015-ci ilin mart ayından intensivləşmiş münaqişədə əksəriyyəti dinc əhali olmaqla 8 min insanın öldüyünü və 44 min 500 nəfərin xəsarət aldığını bildirib.
Yəməndə təqribən 18,8 milyon insanın humanitar yardıma ehtiyacı var.
BMT Təhlükəsizlik Şurasının qarşısında çıxış edən, Yəməndan yeni qayıtmış BMT-nin Yəmən nümayəndəsi Ismael Ould Cheikh Ahmed, deyib ki, münaqişə tərəflərindən heç biri güzəştə getmək istəmir.
Onun sözlərinə görə, "sülh çağırışı hələ də eşidilmir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun