Beynəlxalq Bankın xilası ölkənin bütün qızıl-valyuta ehtiyatlarını tələb edir

Beynəlxalq Bankın xilası ölkənin bütün qızıl-valyuta ehtiyatlarını tələb edir
26 May 2017
Mətni dəyiş
Ailə hakimiyyəti daha 2 bankının xilası üçün büdcəni “yükləyə” bilər
“Azərbaycan hökuməti fiziki şəxslərin əmanətlərinə zəmanət verib, amma korporativ depozitlərə və istiqrazlara zəmanət verməyib. Bu da dövlətin bank sektoruna dəstəyinin mülayim olduğunu göstərir”
"Report"un Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova deyib.
M.Malyukova svop əməliyyatlarınının bahalaşmasının müşahidə edildiyini da deyib: “Son hadisələrlə əlaqədar Azərbaycandakı kommersiya banklarının xaricdəki kontragentlərlə svop əməliyyatların maya dəyəri artıb. Risk mükafatlarının artması nəticəsində faizlər də yüksəlib”.
“Moody’s”in MDB ölkələri üzrə analitiki Pyotr Paklin isə  bildirib ki, Azərbaycan hökuməti ikicə banka dəstək verə bilər:
“Lazım gələrsə dövlət sistem əhəmiyyətli yalnız iki banka – “Kapital Bank” və “Xalq Bank”a dəstək göstərə bilər. Digər banklara dəstək verilməsi isə gözlənilmir”.
“Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl ehtiyatı xərclənməlidir”, – deyə Moody’s reytinq agentliyinin analitiki deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun