Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək

Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək
18 May 2017
Mətni dəyiş
Tədbirə Bavariya əyalətlərinin rəsmiləri və bir sıra şirkətləri qatılacaqlar
Mayın 31-i Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək.
Forumun təşkilatçısı Alman Azərbaycan Xarici Ticarət Palatasıdır.
Bu barədə Palatanın saytında məlumat yayılıb.
Məlumatda bildirilir ki, tədbirə Bavariya əyalətlərinin rəsmiləri və bir sıra şirkətləri qatılacaqlar.
Forumda Almaniya və Azərbaycan müəssisələri arasında 11 sahə üzrə ikitərəfli görüşlərin keçiriləcəyi bildirilir. Bu görüşlər yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq məqsədi daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun