Bakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq.
Qurumdan Abzas.net-ə daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi məqsədi ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Anoloji işlər may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi davam etdiriləcək.
Müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Əvvəlki məqaləMüstəqil saytlarının bloklanmasına dair məhkəmə davam edib – [Video]
Növbəti məqalədəHüquq müdafiəçisi “Bandotdel”ə aparılıb və 4 saat dindirilib