Bağlanan 11 bankın əmanətçilərinə 732,4 mln. manat kompensasiya ödənilib

Bağlanan 11 bankın əmanətçilərinə 732,4 mln. manat kompensasiya ödənilib
1 May 2017
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan verilən məlumata görə, aprelin 28-nə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 mln. 206 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 58 mln. 211 min manat (ümumi kompensasiya öhdəliyinin 80%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 132 mln. 275 min manatdan artıq kompensasiya verilib.
Aprelin 28-nə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 288 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-dən), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 262 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 436 mln. 817 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.
Aprelin 28-nə "Yunayted Kredit Bank" ASC-də qorunan əmanətlər 1 mln. 514 min manatdan artıq və (72%) manatı artıq kompensasiya edilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 732 milyon 438 min manatdan artıq kompensasiya ödənilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun