"Azneft" dairəsi bağlandı

"Azneft" dairəsi bağlandı
24 May 2017
Mətni dəyiş
Azərbaycanda "Formula 1" yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.
BakuPost.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, bu gün gecə saatlarına qədər "Azneft" dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq.
Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun