"Azərbaycan hökuməti iki banka dəstək verə bilər”

"Azərbaycan hökuməti iki banka dəstək verə bilər”
25 May 2017
Mətni dəyiş
"Azərbaycan hökuməti fiziki şəxslərin əmanətlərinə zəmanət verib, amma korporativ depozitlərə və istiqrazlara zəmanət verməyib. Bu da dövlətin bank sektoruna dəstəyinin mülayim olduğunu göstərir".
Fins.az-ın məlumatına görə, bunu "Moody’s" beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova deyib.
M.Malyukova svop əməliyyatlarınının bahalaşmasının müşahidə edildiyini də deyib: "Son hadisələrlə əlaqədar Azərbaycandakı kommersiya banklarının xaricdəki kontragentlərlə svop əməliyyatların maya dəyəri artıb. Risk mükafatlarının artması nəticəsində faizlər də yüksəlib".
"Moody's"in MDB ölkələri üzrə analitiki Pyotr Paklin isə bildirib ki, Azərbaycan hökuməti iki banka dəstək verə bilər: "Lazım gələrsə dövlət sistem əhəmiyyətli yalnız iki banka - "Kapital Bank" və "Xalq Bank"a dəstək göstərə bilər. Digər banklara isə dəstək verilməsi isə gözlənilmir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun