AXCP fəalı 3 il azadlıqdan məhrum edilib

AXCP fəalı 3 il azadlıqdan məhrum edilib
5 May 2017
Mətni dəyiş
E.Fərəcovla bağlı cinayət işi 2016-cı ilin dekabrında açılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Fərəcov Neftçala rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Vəkil Nemət Kərimlinin verdiyi məlumata görəmayın 3-ü verilən hökmdən şikayət edəcəklər.
E.Fərəcov CM-in 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.
E.Fərəcovla bağlı cinayət işi 2016-cı ilin dekabrında açılıb. Vəkilin dediyinə görə, E.Fərəcov təxribatla üzləşib. "Bir nəfər Fərəcovla tanış olaraq, rayonda biznes qurmaq istədiyini deyib. O, Fərəcova onu işlə təmin etməyə söz verib. E.Fərəcov onunla razılaşıb və birlikdə çayxanaya gediblər. Bu zaman polis çayxananı mühasirəyə alıb və onun tanışının cibindən narkotik götürüblər. O isə narkotik vasitəni Fərəcovdan aldığını deyib. Bu şəxsi "istintaqa yardım" adı ilə məsuliyyətdən azad ediblər".
E.Fərəcov barəsində isə qətimkan tədbiri seçilib. "E.Fərəcovun məsələsi siyasi işdir və təqsirləndirilən şəxsin müxalif fəaliyyəti, etiraz aksiyalarında iştirakı ilə bağlıdır", - vəkil bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun