"Avroviziya-2017"nin bütün finalçıları müəyyənləşib

"Avroviziya-2017"nin bütün finalçıları müəyyənləşib
12 May 2017
Mətni dəyiş
Ukraynada keçirilən "Avroviziya-2017" mahnı müsabiqəsinin bu gecə baş tutan ikinci yarımfinalında son on finalçının adına aydınlıq gəlib.
Tədbirin rəsmi saytına istinadən verilən xəbərə görə, növbəti finalçılar bunlar olub:
- Bolqarıstan;
- Belarus;
- Xorvatiya;
- Macarıstan;
- Danimarka;
- İsrail;
- Rumıniya;
- Norveç;
- Niderland;
- Avstriya.
Bundan əvvəl finala Azərbaycanla yanaşı Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika vəsiqə qazanmışdı. Azərbaycanı yarışmada “Skeletons” mahnısı ilə Diana Hacıyeva ("Dihaj") təmsil edir.
"Avroviziya-2017"nin final mərhələsi mayın 13-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun